Close

ÜMİD QATARI. Şair mükafatı

Seyr elə elləri nəğmə dilində,
Torpağa yaxşı bax, işıqlı boylan.
Bir yarpaq ağacın düşsə "əlindən",
Qoyma xəzan ola, dalınca haylan.

Göylər ulduzuna məhəbbətlə bax:
Ən parlaq ulduzlar torpaq üstədir.
Bəlkə, nə bilirsən, bu gün, ya sabah
Vətən özü səndən ulduz istədi.

Doğmalıq axtarma hər kəlmə sözdə,
Vermə öz ömrünü yelə, hayıfdır.
Bu torpaq, oğlunu sinəsi üstə
Şöhrəti sayıbdır, tacı sayıbdır.

Şöhrətçün nahaqdır yüz çalış-vuruş,
Diləyin səndə yox, diləklərdədir.
Yazdığın şeiri də sən eldən soruş,-
Xalqın mükafatı ürəklərdədir.
 
Torpağın hər bir dərdi
Səsində, nəfəsində,
Vətən qədri, qeyrəti
Ürəyində daşıyır.
Vətən qəlbi döyünür
Kimin ki, sinəsində,
Əsgər kimi döyüşür,
Əsgər kimi yaşayır.