Close

Məhəbbət yolları

Davud Nəsibin "Məhəbbət yolları" kitabında yurdumuzun səfalı təbiətinə, gənclərimizin arzu və düşüncələrinə həsr olunmuş şeirləri toplanıb. Kitabda həmçinin atalarımızın döyüş yolunu canlandıran şeirlər və poema verilmişdir.

Yollar haralara yetirər səni,
Ürək intizarla boşalar, dolar.
Gələrsən,
Bu yollar gətirər səni,
Gedərsən,
Bu yollar qaytaran olur.

Bu yollar nə qədər olsa da əziz,
Bərk dayan,
Nə sapaq,
Nə çaşaq bir gün.
Ayrılsaq,
Cığırla ayrılaq ki, biz
Burulub yollarda qovuşaq bir gün.