Close

Gizli məhəbbət

Birdən alovlanıb, alışmasan da,
Gizli məhəbbətin mənə bəllidir.
Bunları deməsən, danışmasan da,
Bunlar mənim üçün gizli deyildir.

Biz ki, bu dünyaya xəlvət gəlmədik,
Niyə xəlvət olsun məhəbbətimiz?
Həyatda heç nəyi gizli bilmədik,
Lakin gizli olub məhəbbətimiz.

Necə ki, həyatda hələ varıq biz,
Bizik bu dünyada hamıdan əziz.
Nə qədər hamıya aşikarıq biz
O qədər gizlidir məhəbbətimiz.