Close

Məhəbbət şeiri

İnsan qəribədir,
Elə bilir ki,
Hər sözün düzünü o  deyəcəkdir.
Nədənsə, hər kəsə
Elə gəlir ki,
İlk sevgi sözünü o deyəcəkdir.
Eşqin gözləriylə dünyanı gördüm,
Bu yoldan mənimtək keçən olmayıb.
Heç vaxt inanmırdım belə sevərdim -
Sanıram, mənimtək sevən olmayıb.
Çəkərəm dünyanın ağır yükünü,
Buna gücüm çatsa,
Mənim nə dərdim!
İnsanın əbədi böyüklüyünü
Dünyada axtardım, eşqimdə gördüm.

 

İnsanın əbədi böyüklüyünü Dünyada axtardım, eşqimdə gördüm.