Məndə olan olmayan...
Gözümdə - eşqin qəmi,
Yuxusuz günlərimin
Yuxusu çatışmayır.
Qəlbimdə saçlarının
Qoxusu çatışmayır.
Yoluma ortaq olan
İzlərin qarışmayır.
Saçımda - daraq olan
Əllərin çatışmayır.
Dilimdə - sözlərinin
Bir dünyalıq söhbəti.
Əlimdə - çatışmayır
Əlinin hərarəti.
Axı, məndə nəyin var?..
Həsrətin elə çoxdur,
Həsrətin məni udur. -
Çəkəmmirəm həsrəti.
Məndə olan tək budur:
Həsrətin məhəbbəti.