Həsrət
Dünya bir nəğməkar sayırsa bizi,
Sonsuz ilham verib aşıb-daşdırır.
Zaman da, mənzil də ayırsa bizi,
Həsrət çoxaldıqca yaxınlaşdırır.
Günəş də göylərdə bəlkə kiçilər
Qəlbinə bir eşqin közü dolmasa.
Bəs bizim eşqimiz nəylə ölçülər,
Əgər aramızda həsrət olmasa.