Close

Məhəbbət

Alıb məni həsrətin
Sərsəri külək kimi
Gah zirvəyə ucaltdı,
Gah da dərəyə atdı.
Bir gündə qartal etdi,
Bircə gündə qocaltdı.
Köhnə görüş yerinə
Xəyalən atdı məni.
Birdən yuxu gətirdi,
Birdən oyatdı məni.
Heç özüm də bilmədən
Mən ucaldım dağ kimi.
Ürəyim elə doldu 
Kövrəldim uşaq kimi.
Dedim ki, bir şeir yazıb
Ürəyimi boşaldım,
Yazdım,
Yazdım, yenə də
Ürəyi dolu qaldım.