Close

Məhəbbətin ölçüsü

Həyatda bir damla səadətimi
Bir ümman eyləyib
İçmişəm bəzən.
Mən ki, bu dünyada məhəbbətimi
Hicranla,
Həsrətlə ölçmüşəm bəzən.

Hicran, -
Məhəbbətin ölçüsüdür o.
Bəzən ümman olar, bəzən kiçilər.
Qovuşsaq, ömürlük köçəsidir o. 
Qovuşsaq, eşqimiz nəylə ölçülər?