Close

Oxu tar

M.Müşfiqə

 

Oxu, tar,  
Mən təkəm.
Onsuz da kövrəyəm.
Oxu, tar,
Müşfiqi dinləyim.
Oxu, tar,
Qoy dünya eşitsin
Səsini.
Dinləyən bir deyil.
Ujaldım səsimi,
Dilimdə Füzuli, Nəsimi.
Nejə ki, ürəyin doludur  
Yaşarsan.
Hajının əlində sən bu gün
Keçilməz dağları
Aşarsan.
Sən oldun Müşfiqin laylası, 
Oxu, tar.
Müşfiqdən oxudum, danışdım,
Oxu, tar.
Müşfiqi oxudum alışdım,
Oxu, tar.
Üzeyri yaradan deyilsən?!
Sən mənə Qaradan, Fikrətdən
Deyirsən.
Sən elə hekayət deyirsən
Nə insan, nə di ki,
Bu qədər kitablar deməyir.
Danış, sən
Qanlı bir səhifə.
Bax, budur
Qəlbimi yandıran hər dəfə.
Əfsanə nə gərək,
Əgər sən alışsan,
Tarixi danış sən.
Darısqal görünür Yer mənə,
Dünyanı al məndən,
Dünyamı ver mənə!