Close

Axtarıram

Dan yeri söküləndə,
Çəmənlərə, çöllərə
Mirvari töküləndə,
Günəşi soraqlayıb,
Yolları varaqlayıb
Səfərə çıxmışam mən.
İndiyədək üzdüyüm
Çaylar dayazdır mənə.
Gördüyüm qarlı dağlar
Görməyə azdır mənə…
Yer kürəsi bir qarış,
İşim-peşəm axtarış.