Close

Dağlara qar düşübdür

Gün çıxıb səhər erkən,
Bağçada qırov durub.
Payızın son şaxtası
Ağacda yuva qurub.
Günəşdən nur ələnir,
Yer xəzələ bələnir.
Astaca əsir külək,
Soyuqdur, kəsir külək 
Dağlara qar düşübdür.

İndi çəmən solmayıb, 
İndi çəmən saralıb.
Səma bir az tutulub,
Yollar, izlər qaralıb,
Göylər mavi dənizdir,
Hava necə təmizdir 
Dağlara qar düşübdür.

Qız görüşə tələsir,
O bəzənir, geyinir.
Bayırda külək əsir,
Qoca evdə deyinir:
"Dağlara qar düşübdür".