Close

Hər yerdə, hər zaman biz qoşa olduq

Hər yerdə, hər zaman biz qoşa olduq,
Hamı bacı-qardaş çağırdı bizi…
Axı, bir böyüdük, bir yaşa dolduq,
Böyüdük… bu yollar ayırdı bizi.

Göz-gözə baxırdıq, indi bir anlıq
Bəs niyə fikirlər məni çaşdırıb?
Bizi çəkdiyimiz həsrət, ayrılıq,
Elə bil, daha da yaxınlaşdırıb.