Close

Sahibsiz adlar

Adlarında qərarlaşdı
Gedənlərin əməlləri, ünvanları.
Bir obanın cavanları
Səngərlərdə yata-yata
Dağlar aşdı.
Bu zamanın işi döndü, -
Onlar oldu şəhərlərin
Hasarları, qalaları.
Qayıdanda kişi döndü
Anaların
"Ağzından süd iyi gələn"
balaları.
Qayıtmayan yoldu bu yol,
Gedər-gəlməz oldu bu yol.
Çoxlarının
Doğmaları, yadı qaldı,
Qocalmamış ölənlərin
Adı qaldı.
Dedilər ki, 
Bu daxmanı Həsən qurdu;
Ad qoydular bu daxmaya -
Həsən yurdu.
Bu bulağı çəkib Əsəd,
Başında da
Bir qələmə əkib Əsəd…
Su içirlər - Əsəd suyu.
Qızı gəldi,
Bu bulaqdan içdi, içdi,
Nə yanğısı sönüb keçdi,
Nə hönkürdü,
Haya düşdü,
Gözlərindən iki damla
Suya düşdü. -
Elə bil ki,
Qor töküldü,
Su alışdı, cızıldadı.
Bulaq qəlbi - ata qəlbi! -
Bu kədərdən sızıldadı.

Ad qoydular
Bir təpəyə, bir dikdirə:
İsa dağı.
Ad qoydular neçə yerə;
Musa bağı,
Muxtar yolu, -
Hanı burda Muxtar izi?..
Bu yollarda
Bir ananın iki gözü…
Axtar, 
   Axtar, 
       Axtar yolu,
Niyə yoxdu sonu yolun,
Yaxsa, yoxsa yerə girdi,
Göyə çıxdı?
Bəlkə göydə şimşək kimi
Çaxdı, çaxdı,
Bir ananın,
Bir sonanın
Gözlərindən
Bu yol baxdı.
Dərd adlandı. -
Yurd adlandı,
Çöl adlandı,
Göl adlandı,
Arx adlandı,
Hətta, hətta,
Dəyirmanda çarx adlandı.
Dolaya da ad verdilər,
Qayaya da ad verdilər,
Cığıra da ad verdilər,
Cığır dərdi ağır oldu.

Bu cığırla gedənlərin
Artdı sayı, -
Cığır köksü yağır oldu.
Bulaqların sayı azdı,
Ağacdakı budaqların 
                  Sayı azdı,
Bu dağların sayı azdı,
Bu bağların sayı azdı.
Sayı yoxdu gedənlərin…
Sayı çoxdu gedənlərin,
Yer çatmadı neçə ada,
Qaldı əmi, 
        Dayı, 
              Ata,
Ad qoydular körpələrə, -
Körpə azdı.
Bu adların çoxu itdi,
Çoxu azdı.
Yeni olan körpələrin
Dodağına qondu adlar,
Yanağında dondu adlar. -
Ürəklərdə,
Diləklərdə
Bir müqəddəs anda döndü.
Elə bil ki,
Döyüşlərdən dönməyənlər
Gec olsa da,
Kəndə döndü.
Hamı, 
      Hamı elə bildi
Onlarınkı qayıtmadı,
Qayıdanlar yadlar oldu.
Qayıtmayan ər yerinə döyüşlərdən -
Ata, 
      Oğul, 
          Əmi, dayı -
Nər yerinə döyüşlərdən
Qayıdanlar adlar oldu.
Nəvələri ovutdular,
Övlad kimi,
Körpələri böyütdülər…
Bir-birinə dedilər ki,
Səbrini bas!
Dillərinə, elə bil ki,
Dad qoydular -
Ad qoydular:
Məcid,
Abbas.
Analardan,
Övladlardan
Gen düşənlər
Dodaqlarda yenə gəzdi,-
Kim bilməyir,
El yolunda döyüşənlər
Dodaqlardan düşəmməzdi.
Bircə Unus sonsuz oldu,-
Yetim qaldı.

Təzə adlar onsuz oldu, -
Yetim qaldı.
Düşünmədi bunu heç kəs,
Hərə qaldı öz hayına.
Bir nəsilin o qədərdir
İtkinləri,
Ölənləri;
Biri - ərdi,
Biri - əmi,
Biri - dayı…
Düşərdimi yada o vaxt,
Unus onda,
Ad qoysunlar Unusa da.
Hərə bir dağ,
Bulaq seçdi…
Bir az keçdi,
Qurtarmışdı bu adqoydu,
Dağlar, düzlər adla doldu,
Görən gözlər adla doldu,
Dinən sözlər adla doldu.
Gördülər ki,
Bu fağırın
Nə doğması, yadı qalıb.
Ərsiz qalan Yetər oldu,
Nərsiz qalan Yetər oldu.
Ətəyini çirmələdi,
Hönkür-hönkür o mələdi.
Ər axtardı - ərə getsin.
Ər tapmasa, o dedi ki,
Yerə getsin.
Oğul doğsun,
Bir oğul ki,
Unusdan da yaraşıqlı,
Yer aşiqli, göy aşiqli.
Boyu uca, enlikürək,
Təkcə olsun eldə gərək.
Ər axtardı ər olmadı.
İstəyinə yar olmadı.
Ər axtardı - ərlər hanı?
Bomboş idi dörd bir yanı.

"Мой Унус, к тебе тянулась
С давних пор душа моя,
Ты бы стал мне лучшим мужем.
Отказала я Али,
И Вели я отказала,
Если б кто-нибудь из них
Вновь пришел  я приняла бы,
Был бы мне жених, и замуж
Я б пошла бы, и Унусом 
Назвала бы я ребенка…
Когда мимо проходил ты,
Не сказав ни слова мне, -
Прокляла тебя тогда я,
И осталось твое имя
Просто звуком безответным,
Только именем - пропавшим.

Толковали, говорили,
И судили, и рядили,
И сказали: сын Кечала
Из соседнего села
Воротился одноруким…

Fikirləşdi:
"Bu nə işdi,
Kor bəxtimə təkqol düşdü?"
O bu adı eşidəndə,
Əvvəl-əvvəl diksinirdi,
Sonra giley artdı kənddə,
O yumşaldı, o sinirdi.
Toy etmədi.
Toy nə lazım?!
Hay etmədi,
Hay nə lazım?!
O bildi ki, bütövlükdə
Unus olmaz
O bu kökdə.
Gözlərini o yumdu ki,
Qarşısında
Keçəl oğlu Unus olsun.
O umdu ki,
Bir söhbəti, bir kəlməsi,
Ya getməsi, ya gəlməsi,
El içində
Ya izzətdə,
Ya hörmətdə,
Ya zəhmətdə
Unusuna oxşar olsun,
Ulusuna oxşar olsun.
Hay-harayda Unus olsun,
Heç olmasa,
Bircə şeydə Unus olsun.
Bu şeylərdən
Bircəsini umdu Yetər,
Bir arzuyla
Gözlərini yumdu Yetər.
Yuxusunda Unus gördü.
Deyirdi ki;
"Mən özüməm yanındakı,
Çıxart tulla canındakı
Sən bu qəmi, sən bu dərdi.
Səhər-axşam
Demirdinmi Unus, Unus?!
Bu da Unus,
O da Unus.

Mənim ilə evcik-evcik,
Gəl oynama,
Qollarını sal boynuma.
Hörüklərin bir sel kimi 
Sinəm üstdə aşıb-daşsın;
Burum-burum, düyün-düyün
Qoy dolaşsın.
Tellərini
Çək gözümə, -
Sellərini 
Tök üzümə".
 Bu halda
Neçə dəfə Unus dedi,
Keçəl oğlu düşündü ki,
Ağlı çaşıb, yoxsa nədir?
Heç dinmədi Keçəl oğlu,
Tərpənmədi Keçəl oğlu.
Qucaqladı Yetər onu,
Lap betərdən-betər onu.
Belə sevgi,
Belə sevinc görməmişdi,
Nə sevindi Keçəl oğlu?!
Bu nə işdi? -
İndi-indi Keçəl oğlu
Kişi oldu.
Dindi, dindi Keçəl oğlu;
Saçlarını saçaqladı,
Öpdü, onu qucaqladı,
Məhəbbəti sünbül kimi
Dən-dən oldu.
Bu məhəbbət qeybdənmi,
Bəndədənmi,
Birdən oldu?
Kəsərdimi onun ağlı
Həmin axşam,
Bu Yetərin ürəyindən
Bir ağ atla Unus çapdı.
Bilmədi ki, Keçəl oğlu
Unus adlı, Unus tapdı
Bu Yetərin ürəyindən.
Dodağından bir quş olub
Uçdu Unus,
Cavanlara tay-tuş olub
Qaçdı Unus,
Unus sanki dağdan aşdı,
Nə yanıldı, nə də çaşdı,
Mahal-mahal el dolaşdı,
Uzaqlara gedən gəldi;
Bunu bir kəs biləmməzdi,
Bunu təkcə Yetər bildi.