Close

Tərcümeyi hal

tercumeyi-hal Nəsibov Davud Məcid oğlu - şair, yazıçı, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümümittifaq komsomol mükafatı laureatı (1986).

1942-ci il avqustun 25-də Azərbaycan Respublikası Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 nömrəli orta məktəbini bitirdikdən sonra, Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilinin davam etdirmişdir  (1959-1963). 

Ədəbi fəaliyyətinə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım - mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələr də etmişdir. Macar şairi Mikloş Radnotinin şeirlərini doğma dilə tərcümə etmişdir. Onun Moskvada "Sovetskiy pisatel" nəşriyyatı tərəfindən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981), "Müsahibə" (1985) adlı şeirlər kitabı çap edilmişdir. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində İncəsənət redaksiyasında redaktor işləmişdir (1966-1969). Moskvada SSRİ Yazıçılar ittifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971-1972). 

Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri incəsənət şöbəsinin müdiri olmuş, burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü olmuşdur. Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur (1978-1980). ÜİLKGİ-nin 18-ci qurultayına nümayəndə seçilmişdir. 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-in fəxri fərmanlarına layiq görülmüşdür.

2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir. Davud Nəsib vətəninə, xalqına layiq iki övlad böyütmüşdür: Xəyal, Xəyyam.

Əsərləri:

  • Gözüm səni axtarır. Bakı, Azərnəşr, 1966
  • Dağlar danışsaydı. Bakı, Gənclik, 1969
  • Məhəbbət yolları. Bakı, Gənclik, 1973
  • Ürək sözsüz danışır. Bakı, Gənclik, 1976
  • Ümid qatarı. Bakı, Gənclık, 1979
  • Bizdən sonra yaşayanlar. Bakı, Yazıçı, 1981
  • Əsrin laylası. Bakı, Gənclik
  • Azərbaycan bayatısı (şeirlər və poemalar). Bakı, Yazıcı, 1984
  • Dünya bir körpüdür. Bakı, Yazıçı, 1987
  • Karvan gedir. Bakı, Yazıcı, 1991
  • Cavanşir (tarixi roman) Bakı, Qızıl Şərq, 2000
  • Cavanşirsiz məmləkət (tarixi roman 2). Bakı, Qızıl Şərq, 2002
  • Gözüm səni axtarır. Bakı: Azərnəşr, 1966, 31 səh.
  • Dağlar danışsaydı. Bakı: Gənclik, 1969, 49 səh.
  • Məhəbbət yolları. Bakı: Gənclik, 1973, 110 səh.
  • Bizdən sonra yaşayanlar. Bakı: Yazıçı, 1981, 174 səh.

 

Tərcümələri:

  • Mikloş Radnoti. Yaralı Ağılar. Bakı, Yazıçı

 

Davud Nəsibin həyat və yaradıcılığından bəhs edən foto və videolara aşağıdakı linkdən keçid edərək baxmaq olar: