Davud Nəsib-70: Ürəyi ilə görən şair
Şair olmaq asan deyil. Dünya poeziya tacına, dünyanın digər yarısından daha çox parlaq brilliantlar bəxş etmiş Azərbaycanda şair olmaq ikiqat çətindir. Azərbaycan-harada ki, şeirlər duaları əvəz edir, harada ki, qəzəllərin, rübailərin və qoşmaların ahəngi bizim qanımıza işləmişdir, harada ki, ən qəddar döyüşçü, ən daşa dönmüş qəlblər qədim sazın səsindən riqqətə gəlir, harada ki, poeziyanın gözəlliyi Ana gözəlliyi, yaxud doğma ocaq ilə əlaqələndirilir, orada şair daha özü-özünə məxsus olmur. O, bizim qədim xalqımızın bənzərsizliyini yaşadan və qoruyan, şeir dili ilə ifadə olunmuş müqəddəs həqiqət qoruyucusudur. Biz yəqin ki, dünyada yeganə xalqıq ki, hər dövrü yaradıcı insanları və şairləri ilə ölçürük, müharibələr və inqilablar ilə deyil. Və hər bir dövrün öz şairləri var, şam kimi əriyib, yolumuzu nurlandıran şairləri. Ya da Vısotskinin xırıltılı səslə dediyi kimi: " ... şairlər bıçağın üstü ilə gəzib öz yalın ruhlarını qana qəltan edirlər..."
Artıq 9 ildən artıqdır ki, mənim sevimli Şairim və Vətəndaş-Davud Nəsib bu dünyadan köç edib. Faciəvi şəkildə və ədalətsizcəsinə tez bizi tərk etdi. Əsas romanını, öz həyat hekayəsini yazmadan köçdü. Onun şərəfinə adı qoyulmuş nəvəsini bağrına basmadan bu dünyadan getdi.
Bugün onun 70 yaşı olacaqdı. Bugün o, masanın baş tərəfində oturmalı, çoxsaylı nəvələrini qucaqlamalı və aşığa qulaq asmalı idi. Bugün o, sağlıq deməli və tarix mövzusunda mübahisələr etməli idi. Lakin... Şair üçün ağlamazlar. Zira, şairlər ölmür. O, öz şeirlərinin sətirləri arasında yaşayır, siz onun poeziyasının ahəngində nəfəsini hiss edir, gülüşünü eşidir, ruhunun isti təmasını hiss edirsiniz. Onun şeirləri qaynar damcılar şəklində kitabların səhifələrindən süzülür və onu sevənləri isidir.
Mübariz xatirələr təfəkkürü ilə, xalqa və həqiqətə sadiq qalacağı haqda özünə verdiyi and ilə, Davud Nəsib keçən əsrin 60-cı illərində ciddi cəhdlə təlatümlü şairlik dənizinə atılmışdır. Və həqiqətən də, müasir Azərbaycan poeziyasının "qızıl əsr"ində o, öz parlaq izini qoymuş, səmimiliyi və prinsipiallığı ilə yaddaşlara həkk olunmuşdur. O, həmişə bunu təkrar edərdi: Əgər rəssamın qəlbi xalq haqda fikirlərlə doludursa, və əgər o, xalq ilə vəhdət təşkil edirsə, o zaman nəinki rəssamın haqqı çatır, hətta, onun borcudur ki, hər şeydən əvvəl öz ürəyini açsın. Özünü açaraq o, dünyanı açar və kəşf edər. O, həmişə belə olmuşdur- dostlar üçün də, düşmənlər üçün də, oxucuları, kolleqaları üçün də- açıq və asan yaralana bilən, qəlbində çoxsaylı qanayan yaralar ilə.
Onun şeirlərinin keyfiyyəti, onların ədəbi cilalanma səviyyələri müxtəlif ola bilər- bir şeirin yazılması ola bilərdi aylarla və illərlə başa gəlsin, digəri isə həmin anın tələbinə, ürəyin çağırışına cavab olaraq dərhal vərəqlərə süzülsün. Amma burada, biri "özü üçün", digəri "qəzet üçün", "senzura üçün", ya da sadəcə olaraq "belə lazım olduğu üçün" yazılıb fikrini aramayın. Davud Nəsibə qarşı belə bir fikri xəyal etmək belə ağlasığmaz bir şeydir. Həmin dövrdə belə ikiüzlülükdən uzaq yazıçı tapmaq çətin idi.
Прозренье да не уподобим тосту,
Поэзия - не чаша на пиру;
Туда, где похвала дается просто,
Заказано движение перу.
Davud Nəsibin yazdığı hər sətirdən onun necə dərin lirik ruha malik olduğu aydın olur. Yaradıcılıq onun üçün özünü əks etdirmək və ifadə etməkdir. Özü tövbə etmədən vaizlik edə bilməzdi. O, bu təbiətdə insan idi, onun şairlik gücü, özünəməxsusluğu və cazibəsi bunda idi.
Вглядевшись, задыхаясь, вновь и вновь
Я вижу, как лицо свои границы
Вдруг переходит, и дрожат ресницы,
И бьет в глаза мне образ твой - любовь.
Şübhəsiz,o, zəmanə şairi idi, zamanın nəbzini həssaslıqla tutmağı bacarırdı. Bununla bərabər o, gündəlik hadisələrə də dərhal münasibət bildirirdi. Onun öz vəzifəsini dərk edən şair kimi yaradıcılığı, Vətənə sevginin ayrılmaz hissəsi idi.
Я видел много городов и стран,
Иные земли, дальние края,
Но именем святым - Азербайджан
С рождения звалась моя душа
Davud eyni zamanda islaholunmaz romantik idi. Onun əsərlərində həqiqətlərin romantik cizgilərə bürünməsinə tez-tez rast gəlmək olar. Bu da bir dövrdən digər dövrə qanadlanma, müxtəlif zamanlardakı obrazların toqquşmasıdır. Romantik tərz müəllifin həm nəzərəçarpan aktiv rolunda, həm də hadisələrin kəskin şəxsi rəngində, israrla təkrarlanan "xəyallarda", qəhrəmanların röyalarında, simvollarda, müəllif nitqinin yüksəlmiş lirik tonuna şahidlik edən təzad və mübaliğələrdə ifadə olunmuşdur.
Lakin Davud Nəsib yaradıcılığında əsas yeri sevgi lirikası və hər şeydən əvvəl Anaya, cəbhədə həlak olmuş Ataya, doğma ocağa olan lirik müraciət tutmuşdur. Onun bütün bu şeirləri ürəyin narahat döyüntüləri ilə dolu idi.
И прекрасен наш мир, и огромен,
Мы его заслужили трудом,
Но без матери мир наш бездомен,
Сиротеет без матери дом!
Onun şeirlərində doğma ocağa aparan yol- həyatın mənasının axtarışıdır, yeganə və təkrarolunmaz xoşbəxtlik, özünə aparan yoldur. O, dəfələrlə öz şeirlərində 7 uşağı təkbaşına böyüdüb boya- başa çatdırmış Ana obrazına, hərbi şineldə cəbhəyə gedib qayıtmayan Ata obrazına müraciət etmişdir. Belə görünür, o, ömrünün sonuna kimi atasının ölümü ilə barışa bilməmiş, həyatının hər dəqiqəsində yeddi uşaqdan atalarını, ondan həyat yoldaşını alan bu qəddar dünyaya görə anasından əfv diləmişdir.
Ты взрастила семерых детей
Преданностью мужу семикратной -
Это, может быть, куда трудней,
Чем прорвать атакой семь фронтов
И шагать, стирая гарь с лица,
Через семь отбитых городов....
Onun "Ata Laylası" şeiri xüsusilə kəskindir.
Я военное детство вспомню
И сиротскую долю свою,
Колыбельную - плач сыновий-
Для отца своего спою.
Davud Nəsib elə uşaqlıqdan özünü Şair kimi hiss etmiş, Şair saymışdır. Bu, onun ilk şeirlərindən bəlli olur, yazmağa isə o, hələ yeniyetmə olarkən başlamışdır. Onun unudulmaz uşaqlıq illəri Qazaxda keçmişdir. Onun bu dağlıq şairlər diyarına həsr etdiyi çox şeirləri var.
Связан с горами судьбой,
Горным могуществом горд,
Сам загорелой скалою
Стал по велению гор
Şairin şeirləri 14 yaşında olarkən çap olunmağa başlamışdır. Qazax qəzeti "Qələbə Bayrağı"ndakı ilk nəşrlərinin tarixi 1956- cı ilə gedib çıxır. 1969-cu ildə Azərbaycan Yazıçılar İttifaqına qəbul edilməklə,o, oranın ən gənc üzvlərindən biri olmuşdur. 1986- cı ildə o, Ümumittifaq Komsomol Premiyası laureatı olmuşdur.
Vaxtsız qırılmış yaradıcılığı ərzində şairin 10-dan artıq şeirlər toplusu işıq üzü görmüşdür. Davud Nəsibin bir çox şeirlərinə mahnılar bəstələnmişdir. Onun şeirləri bir çox dillərə tərcümə olunmuşdur. Yetkin yaşlarında o, tarix ilə ciddi məşğul olmuş və 2 tarixi roman - "Cavanşir" və "Cavanşirsiz Məmləkət" romanlarını dərc etdirmişdir.
Lakin sonda, əhəmiyyətli olan kitabların qalınlığı və yaxud, mükafatların sayı deyil. əsas odur ki, o, bütün onu tanıyanlar tərəfindən, bircə dəfə də olsa lirikasının dərinliyinə baş vurmuş bütün insanlar tərəfindən sevilirdi və hələ də sevilməkdədir. Davud – yaddaşlara həyat verən şairdir. Zamanla unudulması labüd olanlara o, öz yaddaşı ilə qarşı durur – onun bütün əsərləri bu və ya digər yolla həyata həyat qatır, onu ölü qumsallıqdan dartıb çıxardır, ölü sulardan xilas edir. Onun bütün yaradıcılığı əbədi dəyərlərə - dostluğa, doğma ocağa, övladlara və valideynlərə sevgiyə həsr olunmuşdur.
Şair üçün ağlamazlar. Zira, şairlər ölmür. O, öz şeirlərinin sətirləri arasında yaşayır. Və bu səhər sənin "Ata Laylası" əsərini bir daha oxuyaraq,Davud Nəsib, səni 70 illik yubileyin münasibətilə təbrik etmək istəyirəm. Sən mənim üçün həmişə - Ürəyi ilə Görən Şair olacaqsan.