Bu gün görkəmli şair, publisist, tərcüməçi Davud Nəsibin vəfatının 20-ci ildönümüdür
Bu gün görkəmli şair, publisist, tərcüməçi və daha dəqiq desək: - Vətənpərvər insan - Davud Nəsibin vəfatının 20-ci ildönümüdür.
"Поэтом можешь ты не быть, но гражданином быть обязан!"
Н.А.Некрасов
Öz şeirləriylə Davud Nəsib Vətənə, ailəyə və dostluğa necə sadiq olduğunu ifadə edərək, nümunə göstərirdi. Onun tarixi romanı "CAVANŞİR" həm ədəbi, həm də tarixi baxımdan oxuculara çox aydın və maraqlı təqdim olunmuşdu.
Əsərləri daim oxunacaq və yadda qalacaqdır.
"De, hardan başlayım, de, hardan yazım
Obanı görməsəm, eli görməsəm?!
İllərlə düşünmək nəyimə lazım,
Həyatda bir kəsi düşündürməsəm!"
D.Nəsib
Allah rəhmət eləsin, ruhu şad olsun...