Davud Nəsib - 80
Noyabr ayın 2-si 2022-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsüylə Bəstəkarlar İttifaqının sədri hörmətli Firəngiz xanım Əlizadənin rəhbərliyi altında görkəmli şair, yazıçı, publisist, tərcüməçi Davud Nəsibin 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə; görkəmli şair-dramaturq, filologiya elmləri namizədi, Azərbaycanın əməkdar incəsənət xadimi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli, Heydər Əliyev mükafatı laureatı Nəriman Həsənzadə; Azərbaycan Respublikasının siyasi və dövlət xadimi , diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov; AzTV-nin əməkdaşları Hüseynağa Aslanov və Əməkdar incəsənət xadimi Səadət Təhmirazqızı; Əməkdar artist Nuriyyə Hüseynova; Beynəlxalq müsabiqələr laureatı Arif Mehmandost; ifaçı Sərxan Bünyadzadə; tarzən Mehman Mikayılov; kamança ifaçısı Cahandar Mikayılov, aşıqlar Şahin Süleymanov və Samir Cəlaloğlu; kamança ifaçısı Cahandar Mikayılov; pianoçular Gülnar Qurbanova və Xəyal Əsədli çıxış etmişdilər.
Tədbirin aparıcılığı Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızına həvalə edilmişdir. Dəvətlilər arasında Əməkdar jurnalist, "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri Etibar Babayev; Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov; Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı; dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə; AMEA Folklor İnstitutunun "Musiqi Folkloru" şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru Nailə Rəhimbəyli; tanınmış jurnalist, televiziya aparıcısı, prodüser, rejissor İlhamiyyə Rzayeva; Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağəli İbrahimov; Azərbaycan Yazıçılar İttifaqının nümayəndələri; Qazax Xeyriyyə İctimai Birliyinin nümayəndələri; əməkdar insəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazimov; "Yada düşdü" jurnalının təsisçisi və rəhbəri Nəzakət Məmmədova; tarix elmləri doktoru, professor Teymur Bünyadovun ailə üzvləri; şair-dramaturq Nəriman Həsnzadənin ailə üzvləri; şair-publisist Nəbi Xəzrinin ailə üzvləri; şair-publisist Məstan Günərin ailə üzvləri; yazıçı İsa Muğannanın ailə üzvləri; Davud Nəsibin ailə üzvləri, əzizləri və yaxınları, sənət yoldaşları və Bəstəkarlar İttifaqının üzvləri var idi.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, YUNESKO-nun "Sülh" artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə tədbir iştirakçılarını salamlayıb, tədbiri açıq elan etdi. Çıxışında şair Davud Nəsiblə birgə fəaliyyəti, onunla bağlı xatirələrini bölüşdü. Firəngiz Əlizadə Davud Nəsibin 80 illik yubileyinin Azərbaycan Bəstəkarlar İttifaqında keçirilməsinin əlamətdar hal olduğunu vurğulamışdı.
Sonra Xalq şairi Nəriman Həsənzadə öz çıxışında şair Davud Nəsiblə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılığından geniş və maraqlı məlumat vermişdir. Görkəmli şair haqqında öz fikilərini söyləmiş, onun Azərbaycan ədəbiyyatında öz dəsti xəttiylə həmişə seçildiyini qeyd etmişdi.
Daha sonra Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov Davud Nəsibin gəncliyi haqqında geniş məlumat vermiş, onun özünəməxsus dürüstlüyü və düzgünlüyü barədə çox maraqlı faktlar barədə bölüşmüş, hamıya əl uzadan, amma heç kimdən heçnə istəməyən şəxslərdən olduğunu xüsusən qeyd etmişdi. Mərhum şair Sovetlər Birliyinin Ümumittifaq Lenin komsomolu mükafatını birinci alan şəxslərdən biri olduğunu vurğulamışdı.
Tədbirdə çıxış edənlər təşkil olunmuş xatirə gecəsini yüksək dəyərləndirdilər.
Tədbir zamanı Davud Nəsibin şeirlərinə bəstələnmiş "Qızlar yaman göyçəkdi", "Sevənlərə gül verin", "Gözüm səni axtarır" kimi gözəl mahnılar Respublikanın Əməkdar artisti Nuriyə Hüseynova və Sərxan Bünyadzadə, tarzən Mehman Mikayılov və kamança ifaçısı Cahandar Mikayılovun müşayiəti ilə ifa olunmuşdu.
Xüsusən bu tədbirə dəvət olunan, əsilli Cənubi Azərbaycandan olan Beynəlxalq müsabiqələr laureatı Arif Mehmandost şairin sözlərinə bəstələdiyi "Bahar və sevgilim" mahnısını gənc pianoçu Xəyal Əsədlinin müşayiəti ilə ifa etmişdi.
Davud Nəsibin doğma diyarı - Qazax şəhərindən dəvət olunan aşıqlar Şahin Süleymanov və Samir Cəlaloğlu şairin şeirlərini aşıq havaları üstündə ifa etdilər. Tədbir zamanı Qiraətçi Hüseynağa Aslanov şairin bir neçə vətənpərvər mövzusunda yazılan şeirini səsləndirdi.
Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən xatirə gecəsində Davud Nəsibin həyat və yaradıcılığından bəhs olunan video çıxışlar, ailə arxivindən video kadrlar da təqdim olundu. Nümaiş edilən video kadrlarda vaxtilə sənətkar haqqında hazırlanan televiziya verilişlərindən görkəmli nümayəndələri İsa Muğanna, Vaqif Səmədoğlu, Teymur Bünyadov, Vidadi Babanlı, Barat Vüsal, Nəriman Həsənzadə Nizami Cəfərov, Etibar Babayev, Budaq Budaqov, Qəzənfər Paşayev, Qabil, Anar, Flora Xəlilzadənin çıxışlarında Davud Nəsib əsərlərinin Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi qeyd olunmuşdur.
Tədbirin aparıcısı Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Davud Nəsibin yaradıcılığı, onun bədii aləmdə özünəməxsusluğu, musiqi aləminə poeziyasıyla verdiyi töhfələr barədə geniş və maraqlı məlumatlar vermişdir.
Xatirə gecəsi Davud Nəsibin öz çıxışı ilə başa çatmışdı.
Mərhum şairin oğlu Xəyyam Davudoğlu çıxışında bütün iştirakçılara təşəkkür edib, ayrıca bu tədbirin yüksək səviyyədə təşkil olunmasına, Davud Nəsibin xatirəsi və yaradıcılığına göstərilən xüsusi diqqətə görə Bəstəkarlar İttifaqının sədri çox hörmətli Firəngiz xanım Əlizadəyə, və bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə Nəsibovlar ailəsi adından öz dərin minnətdarlığını bildirmişdi. Davud Nəsibin şeirindən misralarını söyləyib:
"Bütün insanları, bütün xalqları
Musiqi diliylə danışdırır o,
Deyirəm nə yaxşı mənim xalqımın
Üzeyiri-Fikrəti-Qarası vardır!",
Xəyyam Davudoğlu tədbirin sonunda "Nə yaxşı ki, bu gün Nərimanımız, Həsənimiz, Firəngizimiz vardır" sözləri ilə çıxışını bitirmişdi.