Close

Davud Nəsib xatirələrdə...

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 28 aprel
    2022
  • 14:56
  • 33
  • 2
    0
28.04.2022 - 14:56
33
0

Davud Nəsib “Ədəbiyyat və İncəsənət” qəzetində poeziya şöbəsinin müdiri idi. Qəbulunda oldum. Təqdim etdiyim şeirlərdən “YANIR”ı qəzetdə çap etməyə götürdü, - çox sağ olun! – deyib çıxmaq istəyəndə dedi: 

-    Dayan, bir yerdə gedərik. Söhbət edə-edə endik Nərimanov Prospektinə. Burada ayrılmaq üçün ona əl uzatdım. Əlimi buraxmayıb dedi: 

-    A zalım, şeirin məni yandırıb. Bizə gedirik.

Evində ordan – burdan suallar verib onu qane edən cavablar aldıqca: 

-    Əla! – deyirdi. 

Ayrılanda korobkada nəsə verdi: - məndən hədiyyə. Evdə baxdım ki, çəhrayı rəngli bir köynəkdir. Altı il sonra maşın qəzasından həlak olanda qəhərlənib, bu “KÖYNƏK” şeirini yazdım. 

Allah rəhmət eləsin, qəbri nurla dolsun...  

 

KÖYNƏK

“Ədəbiyyat və İncəsənət“ qəzetinin poeziya şöbəsinin müdiri Davud Nəsibin əziz xatirəsinə

Verdiyin köynəyi sevindiyimdən
Tez-tez bayramlarda, toyda geyindim.
Maşın qəzasına sən düşən gündən
Onu heç yasa da geymirəm indi.

Qaralı qalıbdı bizdə  köynəyin
Sönmüş bir ocaqda qalan kömürtək.
Nə dost qaytarandı onu geyməyim,
Nə də geyinsəm də, isinməz ürək.

Mən sənə  həsrətəm, köynək – əlimə,
Bu həsrət qar oldu şəvə saçımda.
Məhkum eləyərək onu ölümə
Asmışam şkafda “dar ağacından”.

Ot basmış yolları qayıt tapda, əz-
Məni fikirlərin qopar əlindən.
Heç kəs özün kimi qurtara biməz,
Qayıt köynəyini qurtar ölümdən.

Telman Kürsoy

Mənbə: 1001info.az