Close

Tarix, doğrudanda, təkrarlanırmış...

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 06 oktyabr
    2020
  • 11:51
  • 63
  • 3
    0
06.10.2020 - 11:51
63
0

Türkiyə "KOÇ" Universitetinin tələbəsi Anaxanım Nəsiblinin günümüzdə baş verən hadisələrə vətəndaş münasibəti və bu məsələlərin tarixi kökləri haqqında Davud Nəsibin yaradıcılığındakı faktların araşdırilması mövzusunda məqaləsi.

Son zamanlar çoxumuzun ürəyində bir hiss yaranmışdı ki, tarix doğrudanda təkrarlana bilər. Tarixin təkrarlanması pis bir əlamət deyil, sadəcə olaraq Azərbaycanın keçmişində gözəl, qürurverici günlərlə bərabər, çətin günləri də az olmayıb.

2020-ci il yəqin ki, əksər insanların yaddaşında çətin bir il kimi qalacaq və ilin sonuna 3 aya yaxın qalsa da, ürək üzücü xəbərlərlə hələ də qarşılaşırıq. Yox, məqsədim heç də yaşananları bir ilin üzərinə yıxmaq, 2020-ci ili bədnam qələmə vermək deyil. Mövzum Azərbaycanın indiki gündəmidir.

Mənfur ermənilər tarix boyu xalqımızın, türkün əzəli, əbədi düşməni olub. O düşmən bu gün də bizə qarşı təxribatlarından qalmır, hər vəchlə bizə zərbə vurmağa çalışır. Artıq bu, hamıya gün kimi aydındır ki, Azərbaycan-Ermənistan arasında 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil. Bunu tarix özü də sübut edir.

Bu məsələylə bağlı çox maraqlı və qorxunc bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Babam- yazıçı Davud Nəsib 25 il əvvəl Azərbaycan Televiziyasının “Məmləkətim” verilişində Xocalı soyqırımı haqqında çıxış edərək, erməni vəhşiliyinin tarix boyu heç yerdə görünmədiyini bildirib. Çıxışında Şah Xosrov Pərvizin dövründə (5-6-cı əsrlər) ermənilərin Qarabağa köçürülməsi faktlarından danışıb. Bu yerləşdirmənin əsas məqsədi ermənilərin xəbərçilik, satqınlıq xüsusiyyətlərindən istifadə etmək idi. Çünki onlar satqın rolunu oynayaraq, burda baş verənləri düşmən ölkələrə çatdıracaqdılar. Bunun nəticəsidir ki, ermənilər ərəblərlə birlikdə Bərdəyə hücum edib, insanları qılıncdan keçirtdilər. Onlar VII əsrdə bu hücumla əsl soyqırım etdilər, o zaman Böyük Qafqazın ən zəngin kitabxanalarından birini darmadağın edib yandırdılar, özlərinə sərf edən arxiv məlumatlarını toplayıb sonradan öz adlarına çıxartdılar, qalan sənədləri, materialları isə Tərtər çayına atdılar. Yad insanların onlara aid olmayan torpaqlara köçürülməsi nə deməkdir?!

Maraqlıdır ki, tarix bu yaxınlarda bir daha təkrarlandı. Belə ki, Livanın Beyrut şəhərindəki partlayışdan sonra Livan ermənilərinin məqsədli şəkildə Qarabağa köçürülməsinə başlanıldı. Bu, tarixin həyasızcasına təkrarlanmasından başqa bir şey deyildi.

Davamı yuxarıdakı şəkildədi.