Close

Vətənpərvərlik hisslərimin mənbəyi

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 27 iyun
    2019
  • 15:23
  • 142
  • 2
    0
27.06.2019 - 15:23
142
0

Mənim adim Anaxanım Nəsibli, 19 yaşında bir gəncəm və İstanbul şəhəri  Koç Üniversitesinde təhsil alıram. Həyatımın artıq 18 ili geridə qalıb və deyə bilərəm ki, çox xoşbəxt insanam, ona görə ki, mən ziyalı ailəsində böyümüşəm, ulu babam Məcid Nəsibov ulu nənəm İnsan Nəsibovanın  yetirməsiyəm. Bir çoxları üçün bu adlar yad olsa belə  Nəsibovların vətənpərvərliyi, yaradıcılığı, peşəkarlığı yaradıb irəliləməsi üçün çox böyük xidmətləri olub.  Mən Qarşılaşdırma Ədəbiyyat fakultəsində oxuyuram və gələcəkdə bu sahəmi genişləndirmək üçün var gücümlə çalışacam.

Uşaqlıqdan mən yazmağı çox sevmişəm, bunun üçün də şəxsi gündəlik tutmuşdum və o hələ də məndə durur. Mən ilk dəfədir belə bir mövzu haqqında yazıram, çünki bundan əvvəl sadəcə məktəbə və yaxud universitetimə aid yazılarım olub. Cürbəcür mövzular haqqında məqalələrim olub, amma bu haqqda ilk yazımdır. Bu məqalənin yaranma səbəbi vətənimə baglılığım və istəyim nəticəsində həyata keçdi. Bir çoxlarına sual yarada bilər ki,  mənim vətənə olan sevgim mövcud deyildimi?! Əlbəttə ki olub, mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam, amma bir şeyi xüsusi qeyd etmək istərdim ki, mənim vətənimə bu qədər bağlığım, mən Türkiyəyə təhsil almağa gedəndə bunu hiss etdim. İnsan böyüdükcə öz vətəninin qədrini daha çox bilir və hər bir insan individual olaraq, vətənə qarşı nə hiss etdiyini dərk edir. Birisi vətənini nə qədər çox istədiyini anlayır, birisi isə xarici ölkədə olduğuna sevinir. Bu məqalənin yaranması 2019-un yazında babam və onun həyatı və yaradıcılığı haqqında çəkilən sənədli film oldu. Mən də orada ilk nəvə olaraq, onun yaradıcılğı haqqında bildiklərimi qeyd etdim. Sonra mən  "Cavanşir" romanını təkrar oxumağa qərar verdim, çünki ilk dəfə oxuduğumda sən demə mənasını dərk etməmişdim. Romanı ikinci dəfə oxuduqdan sonra, mənim, vətənpərvərlik hissim daha da gücləndi, vətən xainlərini daha da yaxından tanıtdırdı.  Davud Nəsibin verlişlərdə çıxışları, qəzetlərdə dərc olunan məqalələri və əsasəndə "Cavanşir" romanında  qeyd etdiyi Azərbaycan və Ermənistan münagişəsi VII-ci əsrdən başlayaraq, mütəmadi olaraq, indiki günümüzə qədər davam etməkdədir.

Romanda qeyd edildiyi kimi Bərdədə analoqu olmayan soyqırım olmuşdur. Hamımız bilirik ki, o dövrdə Qafqaz Albaniyasının mərkəzi Bərdə idi, hansı ki, bu dövrümüzə də gəlib çatmışdır. Çox təəsüf ki,  bizim Ermənilərlə düşmənçiliyimiz bununla bitmədi və savaşlarımız davam etdi. Onlardan ikisini xatırlatmaq istərdim, qanlı gün (20 yanvar 1990; 26 fevral 1992). İnsanları diri-diri soyub,  yandırırdılar, hətta hamilə qadınları da! Ermənilər bizə qarşı nə vəhşilik etsələr də, mən bilirəm ki, bizim Azərbaycan milləti onların etdiklərinin yarısını da etməzlər, çünki Ermənilər vəhşi bir millətdilər, həmişə bizim tariximizi, musiqimizi, mətbəximizi  oğurlayan cahillər olubdur. İnsanlar olub həyatımda, hansılar deyiblər ki, hamı insandır – erməni də insandır onlarla düşmançılıq etmək olmaz, razıyam hər millətin yaxşısı da, pisi də var, amma mən necə onlara qarşı normal yanaşa bilerem ki? Onlar mənim millətimi qırıb, parçalayıb və satqınlıq ediblər. Necə deyirlər, sənin dostun səni satıbsa, ondan artıq sənə dost olmaz, həmçinin de mənim üçün Ermənilər. Mənim belə bir mövzuda ilk məqaləmdir və mən umid edirəm ki, axırıncı deyil və gələcəkdə daha da inkişaf etdirib, çoxlu nailiyyətlərə nail olacam.  Belə bir mövzuda yazını bir səbəbdən də başlamaq istədim çünki təəsüf ki, indiki zamanda bir çox insan vətənini tərk edib, yada salmırlar. Doğma dilimizi unudan, bizim necə vaxtı ilə qüdrətli ölkə olduğumuzu unudan insanlar heyif ki çoxdur. Fikirləşdim ki, bunu yazsam daha çox insanda vətənə sevgi hissi mütləq yaranacaq və vətənin arxasında çox insan duracaq. Bəli, mən razıyam, hər insan öz vətənini sevir, amma sevməklə onun üçün hər şey etməklə böyük bir fərq var. Çünki hər insan birinci növbədə öz vətəninə qarşı hörmətlə yanaşmalıdır ki, digerleri de bundan ibrət götürsün. Elə olmasa heç kim bizə ləyaqətlə yanaşa bilməz. İlk məqaləm olaraq, mən ümid edirəm ki, gələcəkdə yazmış olduğum diğər mövzülar daha da aktuallaşmış olsun.

Anaxanim Nəsibli