Close

“Cavanşir ” tarixi romanı türk dostlarımıza hədiyyə olundu

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 14 sentyabr
    2019
  • 20:26
  • 147
  • 1
    0
14.09.2019 - 20:26
147
0

9 sentyabr  2019-cu il tarixdə  şair, publisist, yazıçı, tərcüməçi və ictimai xadim Davud Nəsibin "Cavanşir" tarixi romanının təqdimatı İstanbul şəhərində keçirilmişdi. "BASİSEN  Banka-Finans ve Sigorta İşçileri" Sendikasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Meral Günenç Davud Nəsibin kiçik oğlu Xəyyam Davud oğlu Nəsibovu Sendikalarına qonaq dəvət etmişdir.

Görüşdə "BASİSEN  Banka -Finans ve Sigorta İşçileri" Sendikasının genel sekreteri Cüneyt Akarsu, Eğitim ve Örgütlenme işləri üzrə sekreteri Temel Ünlü və Toplam İş Sözleşmeleri üzrə sekreteri Etem Ağdaş iştirak edirdilər. Xəyyam Nəsibov bütün iştirakçılara latın əlifbasında yeni çapdan çıxmış "Cavanşir" tarixi romanını hədiyyə olaraq, təqdim etdi. Qonaqlar "Cavanşir" romanına böyük maraq göstərib, cərayən olan hadisələr haqqında öz suallarını verdilər. Cüneyt Akarsu bu görüşü tarixi hadisə kimi qəbul etməyini vurğulayıb, özəlliklə bu romanın Türkiyədə çapını və təqdimatını təşkil etməyi tövsiyə etdi. Cüneyt  bəy irəli sürülən təklifə əlavə olaraq, bildirdi ki, -  "Ulu babalarımız qarşısında kiçik də olsa, bir savab iş görmüş olarıq, ona görə ki, bu tarixi hadisə bizi ən azı VII-ci əsrə aparıb çıxarır". Xəyyam bəy göstərilən diqqətə görə, söylənilən səmimi sözlərə və verilən məsləhətlərə görə hamıya öz dərin təşəkkürünü bildirib, - " biz Nəsibovlar ailəsiylə Sizin irəli sürdüyünüz təklifi müzakirə edib, bu layihənin gərçəkləşməsi üçün əlimizdən gələni etməyə söz verdi". Sonra romanda əks olunmuş tarixi məqamlarla bağlı müzakirələr aparıldı. Daha sonra Meral Günenç iştirakçılara maraqlı bir məqamı söyləyib, bildirdi ki, mərhum yazarımız Davud Nəsibin torunu Anaxanım Nəsibli babasının yolunu davam etmək üçün, İstanbulda Koç Universitetində İnsani Bilimler ve Edebiyat / Jurnalistika fakultəsinın II-ci kursunda təhsil alır. Meral xanım söylədi ki, bu ardıcıllıq Nəsibovlar soyadını irəlidəki illərdə yaşadıb-yaradacağına gedəcək yoldur. Davud Nəsibin torunu Koç Universitetində təhsil almağı böyük maraq və qürur hissi ilə qarşılandı.  

Xəyyam bəy Davud Nəsibin yaradıcılığına ayrılan diqqətə görə Nəsibovlar ailəsi adından hamıya dərin təşəkkürünü bildirdi.

cavanshir-teqdimat