Close

Tarix yazırıq

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 10 oktyabr
    2020
  • 18:41
  • 27
  • 0
    0
10.10.2020 - 18:41
27
0

Türkiyə "KOÇ" Universitetinin tələbəsi Anaxanım Nəsiblinin məqaləsi.

Oktyabr ayın 10-u saat 10 radələrində, könüllülər tərəfindən olan müraciəti əsasında görüş təşkil olundu, cəbhəyə yardim etmək üçün planlaşdırılmış bir iclas idi. Iclasda baş verənlər, müzakirə olunanları deməmişdən əvvəl orada iştirak edən şəxşləri sizin nəzərinizə çatdıracam. Iclasın təşkilatçısı Xəyyam Nəsibov, Laçın rayonundan olan 3 nəfər qonaqımız-Tofiq Qədimov, Qədir Qədimov və Arif Məmmədov, Füzuli rayonundan olan qaçqın Murad Şəfiyev, şair nəğməkar  Günər Əliyev, və atamın iş yoldaşları- Fərid Məmmədov, Emin Ravinov, Qurban Şabanov, Elçin Səlimov, Mübariz Ağaverdiyev, Nicat Məmmədov, Aynur Namazova, Firuzə Əliyeva, Tatyana Şabunina, Bəhram Binnətli, Ədilə Mirzəbəyova. İştirakçılar toplantı otağında yerləşən masanın hər iki tərəfində əyləşmişdilər. Otağın biraz arxa hissəsində isə mən, və iş yoldaşları əyləşmişdi. Vacib bir mövzunu müzakirə etmədən öncə müharibədə qəhrəmancasına şəhid olan əsgərlərimizi 1 dəqiqəlik süküt ilə yad etdik.

Ondan sonra Xəyyam müəllim hamını salamlayıb, mövzuya giriş etdi.Bu gün biz tarixi hadisələri yaşayırıq, və bu gün hamımımz öz bacarıqlarımızı ortaya qoymalıyıq. Son 3 ayda dost-yoldaşlarla gördüyü xeyriyyə işlər haqqında məlumat verdi. Qazax rayonun İncədərəsi Aslanbəyli, Qaymaqlı, Kəmərli kəndlərində 55 ton arpa 705 ailəyə yardım, Qurban Bayramı ərəfəsində Tovuz rayonun Ağdam kəndində Azərbaycan Respublikası “Milli Kulinariya Mərkəzi” və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə cəbhə xəttində xidmət edən əsgərlərirmizə kəsilmiş qurbanlar, cəbhədə yerləşən rayonlara fərqli ölçülərdə Dövlət bayraqlarının göndərildiyi məlum oldu. X.Nəsibov bir gün Qarabağı görmək ümidi ile giriş sözünü bitirdi.

Daha sonra sözünü Tofiq Qədimova verdi. O, Qarabaq müharibəsində iştirak etmiş bir şəxsdir, və Laçın haqqında bir az məlumat verdi və oranın gözəlliyindən danışdı. Dedi ki, Laçını görə bilməyən şəxslər doğurdanda çox gözəl bir yer itkisi ilə yaşayırlar indi. Bu şəxs haqda qısaca məlumat verib onun söylədiyi və çox gözəl yadda qalan sözünü sizə sadalayacam.  Babası Böyük Vətən müharibəsində vuruşubdu və əmisi isə Afqanistan və Qarabağda veteranıdır. Başa düşülür ki, həqiqətəndə çox vətənpərvər bir nəsildən gələn və Vətən uğrunda döyüşən şəxsdir.

Davamı yuxarıdakı şəkildədir.