Close

Qalib biz olacağıq...

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 28 oktyabr
    2020
  • 16:38
  • 36
  • 0
    0
28.10.2020 - 16:38
36
0

Türkiyə "KOÇ" Universitetinin tələbəsi Anaxanım Nəsiblinin məqaləsi

Həmişəki kimi bu gün bizim üçün adi bir gün idi. Səhər durub, əl üzümü yuyub, yemək yeməyə hazırlaşırdım və hər zamanki kimi olaraq, öz işlərimlə məşğul idim. Bir anlıq xəbərləri oxudum və gördüm ki, Tovuzun sərhədində atışmalar gedir. Atışma elan edilməmişə qədər nə qədər güclü olduğunu hələ anlamamışdım, elan etdilər ki, 3 nəfər şəhid vermişik. Onlara baxıb, göz yaşımı saxlaya bilmədim, ən əsas da 18 yaşlı şəhidimizə. Məktəbi bitirib, əsgər gedən, oğlan, hərbi xidmətdə 3 ayı olmadan, evə şəhid qayıtdı. Ürəyim necə ağrıdığını başa sala bilməyəcəm, mümkün deyil izah etmək, anaların nə hiss etdiklərini anlamıram. Çox təəssüf ki, analar oğulsuz, uşaqlar isə atasız qaldılar. Həmin gecə çox gərgin oldu (yeni şəhid xəbərini səhər tezdən ayın 13-ü bildik). İyul ayının 13-ü şəhid olmasa da, yenə də atışmalar davam edirdi. Növbəti günün səhəri məlum oldu ki, güclü atışma nəticəsində general, mayor, gizir və əsgərimiz şəhid olublar. Axı buna nə qədər dözmək olar?! Nə qədər olar şəhidin qanını yerdə qoymaq?! 30 ildir ki, artıq bizim torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır. Mən bu hadisələrdən sonra Azərbaycanın taleyi haqqında çox düşünməyə başladım və başa düşdüm ki, bu sülh yolu ilə həll olunan məsələ deyil. Bu dəfə daha ciddidir və müharibədən başqa yolumuz yoxdur. Əlbəttə ki, heç kim istəməz ki, öz millətinin qanı tökülsün, amma vaxtı ilə bizim indi rahat yaşamağımız üçün döyüşlərdə minlərcə Azərbaycan oğulları qan töküb və indi də cəbhədə əsgərlərimiz hər gün həyatlarını təhlükəyə altında qoyub bizə görə savaşırlar. Bizlər də arxa cəbhədə olmağımıza baxmayaraq, fəaliyyətimizin bütün istiqamətləri yalnız Vətənpərvərlik, Ruh yüksəkliyi, Haqq uğrunda savaş uğrunda apardığımızı hər yerdə təbliğ etməliyik.

Davamı yuxarıdakı şəkildədi.