Close

Bərdə rayonunda Davud Nəsibin “Cavanşir” tarixi romanı haqqında dəyirmi masa

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 27 noyabr
    2019
  • 14:10
  • 96
  • 1
    0
27.11.2019 - 14:10
96
0

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana sistemi Davud Nəsibin "Cavanşir" tarixi romanı haqqında dəyirmi masa keçirib.

Tədbirdə rayon yazarları, Asan xidmətin könüllüləri və kitabxananın fəal oxucuları iştirak edib.

Tədbiri oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açdı və qeyd etdi ki, "Cavanşir" tarixi romanı Albaniyanın VII əsrdə yaşamış böyük hökmdarı, ordunun baş komandanı Cavanşirin qəhrəmanlıqla zəngin, keşməkeşli, faciəli sonluqla bitən həyat və fəaliyyətindən bəhs edilir.

Sonra Bərdə yazarı Telman Hüseynov Davud Nəsiblə olan xatirələrindən danışdı və bildirdi ki,"Cavanşir" tarixi romanında Azərbaycan xalqının qədimdə, XX əsrin ilk və sonrakı illərində, indiki dövrdə başına gələn faciələrin ilkin kökləri VII əsrdən- Cavanşirin qətlindən sonra ardıcıl şəkildə həyata keçirilir .

Bərdə yazarı İsa Sevər tarixi romandakı vətənpərvərlik motivlərini qeyd etdi. Bildirdi ki, əsərdə Cavanşirin saray kitabxanasında tez- tez olması Bərdənin qədim mədəniyyətindən bəhs edir.

Ədəbiyyat müəllimi, ədəbi-tənqidçi Əydər Quluyev romanın vaxtında yazıldığını və Davud Nəsibin vətənpərvər şair , gözəl insan,yurd sevgili bir ziyalı olduğunu qeyd edərək söylədi ki, Davud Nəsibin bu romanda ermənilərin ta qədimdən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və ermənilərin riyakarlığı və həmişə gizli saxlamağa çalışdıqları niyyətləri sadə xalqın başa düşəcəyi dildə qələmə alınmışdır.

Asan xidmətin könüllüsü Əzimova Ülfanə bildirdi ki, əsəri oxuyandan sonra Bərdə haqqında təsəvürlərim daha da genişləndi.Əsərdəki hadisələr o qədər canlı və sadə bir dillə təqdim olunur ki, baş verənlər hər dəfə bir kino lenti kimi gözümüzün önündən keçir.

Bərdə yazarı Zabil Təcnis eyni zamanda Davud Nəsibin gözəl insan olduğunu qeyd edərək söylədi ki, əsəri oxuyarkən görürük ki, son yüzillikdə başımıza gələnlər sübut etdi ki, hadisələr formasını dəyişsə də, məzmunu həminkidir.

Bərdə redaksiyasının məsul işçisi Şükufə Əliyeva çıxış edərək Alban hökmüdarı Cavanşirin vətən sevgisindən, insanlara qayğı ilə yanaşmasından hörmətindən və igidliyindən bəhs etdi.

Sonda 2 nömrəli kitabxananın müdiri Xədicə Məmmədova tövsiyə etdi ki, tariximizdən bəhs edən əsərləri oxumaqla gənclərimiz xalqımızın keçdiyi keçməkeşli yollardan, azadlıq uğrunda apardığı mübarizələrdən daha çox məlumat əldə edə bilərlər.

berde-2

Mənbə: barda.mctgov.az