Close

“Milli Kulinariya Mərkəzi”ndə görüş

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 19 mart
    2020
  • 21:59
  • 181
  • 3
    0
19.03.2020 - 21:59
181
0

12 noyabr 2019-cu il tarixdə saat 12.00-da ''Milli Kulinariya Mərkəzi"ndə görüş keçirilmişdir.

Görüşdə ''Binəqədi Yük Avtonəqliyyat"ASC-nin təsisçisi Elçin Səlimov, ''Stonpey Kommersial Konstruktion" şirkətinin müdir müavini Rüfət Cəfərov, yazıcı, şair, publisist və tərcüməçi Davud Nəsibin yaradıcılığını araşdıran Aynur Namazova və Nicat Məmmədov iştirak edirdilər.

''Milli Kulinariya Mərkəzi"nin prezidenti  Tahir Əmiraslanov qonaqları qarşılayıb, təklif buyurduqlarına görə hamıya öz dərin təşəkkürünü bildirib, bu görüsün nə dərəcədə əhəmiyyətli və kollektivdə yaranan ruh yüksəkliyini xüsusi ilə qeyd etdi.

Sonra ''Milli Kulinariya Mərkəzi"nə Davud Nəsibin yeni formatda – latın əlifbasında çapdan çıxmış ''Cavanşir" tarixi əsəri hədiyyə olundu. Aynur Namazova müəllifin əsərdə hansı incə məqamlara toxunduğu barədə iştirakçılara məlumat verdi. Davud Nəsibin tarixi əsərində göstərdiyi məqamlar bizim keçmişizi, bu günümüzü və gələcəkdə ola biləcək bəlaların qarşısını almağa cağırırdı. Bu sözləri, düşüncələri, yalnız vətəni sinəsində gəzdirən yox, - onu ürəyində gəzdirən, vətən keşiyində mətin duran, vətən üçün əlindən gələni əsirgəməyən şəxsə aiddir. Sonra Tahir müəllim Davud Nəsibin yaradıcılığı haqqında öz fikirlərini söyləmişdir, o bildirdi ki, əsərin ərsəyə gəlməyi  30 ildən cox vaxt tələb etdi. Davud müəllim bu gün bizim qarşımıza ciddi məsələ qoyub, hansı ki, gələcək nəslin buna arxalanıb, irəlləməsi üçün onlara zəmin yaradır. Bizdə bunları əsas götürərək, tariximizə sadiq qalaraq, millətimizlə həmrəy olaraq, torpaqlarımızın keşiyində durub, son nəfəsimizə qədər vətənimizi qorumalıyıq.

Elçin Səlimov  və Rüfət Cəfərov ''Milli Kulinariya Mərkəzi"nin  kollektivinə hazırlanmış hədiyyələri və pul mükafatlarını təqdim etdilər. Ayrıca ''Milli Kulinariya Mərkəzi"nin fealiyyətinə yüksək qiymət verib, onları daim zəngin xəzinələrimizin incisi olan Milli Mətbəximizi həmişəki kimi olaraq, vətənpərvərlik ruhunda qorumağı arzu etdilər.

Tahir müəllim bu cür təşəbbüsə görə gələn qonaqlara öz dərin təşəkkürünü bildirib, mərkəzə təqdim olunan ''Cavanşir" tarixi əsərini   ''Milli Kulinariya Mərkəzi"nin kitabxanasında saxlayacağına və bundan sonra gələn qonaqları Qədim Qafqaz Albaniyası haqqında məlumatlandıracağına söz verdi.

Sonda xatirə şəkli çəkildi.

Bu qalereyadakı cəmi şəkil sayı - 11