Close

Tərtər rayonunda Davud Nəsibin yeni nəşr olunan “Cavanşir” tarixi romanının təqdimatı oldu

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 26 iyun
    2019
  • 10:42
  • 234
  • 4
    0
26.06.2019 - 10:42
234
0

İyunun 25-də Tərtər rayon  Mədəniyyət Mərkəzində şair, publisist, tərcüməçi Davud Nəsibin yeni nəşr olunan "Cavanşir" tarixi romanının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi üçün qiymətli vəsait olduğunu diqqətə çatdırıb.

Müstəqim Məmmədov müəllifin oğlu Xəyyam Nəsibov tərəfindən  Yevlax, Bərdə, Mingəçevir, Ağdam və Tərtər rayonlarına hədiyyə olunan 150 kitaba görə öz təşəkkürünü bildirdi və çıxış üçün sözü ona verdi.  Davud Nəsibin oğlu Xəyyam Nəsibov çıxışının əvvəlində tədbir təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib, atasının həyat və yaradıcılığından danışaraq, əsər haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Davud Nəsibin “Cavanşir" tarixi romanı Qafqaz Albaniyasının VII əsrdə yaşamış böyük hökmdarı və görkəmli  sərkərdəsi Cavanşirin qəhramanlıqla zəngin, keçməkeşli və faciəli sonluqla bitən həyatından bəhs edir. “Cavanşir"  romanının ilk təqdimatı Tərtər rayonunda keçirilməsi təsadüfi olmadığını bildirdi. Çünki Alban dövlətinin tarixi əhəmiyyət daşıyan bir çox hadisələr məhz bu torpaqlarda baş vermişdi. VII –VIII əsrlərdə Alban dövlətinin çox zəngin tarixi, mədəniyyəti və elmi artıq dünyaya səs salmışdı. Məhz Cavanşirin 40 illik hökmdarlığı dövründə Alban dövləti güclü siyasi, möhkəm iqtisadi və qüdrətli orduya malik  olan dövlətə çevrilmişdir. Qeyd etdi ki, bunu həzm edə bilməyən ermənilərin xainliyi nəticəsində böyük sərkərdə Cavanşir qətlə yetirilmişdir.Qədim əsrlərdən bəri ermənilər tərəfindən dövlətimizə qarşı aparılan hiyləgar, satqın və xain siyasəti müəllif tərəfindən romanda açıq-aşkar göstərilmişdir.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər üzrə nümayəndəsi Ceyhun İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Həvva Mirzəyeva, Mərkəzləşdirilmiş kitabxana sistemində metodika və biblioqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov çıxış edərək Davud Nəsibin çoxşaxəli yaradıcılığlndan söz açaraq, əsər haqqında fikirlərini bölüşüb, romanın tariximizin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar.

Bu qalereyadakı cəmi şəkil sayı - 9